Naxçıvan MR Gənclər və İdman və Təhsil nazirlikləri, eləcə də Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda yeniyetmələrdən ibarət 8 komanda mübarizə aparır. Uzunoba İdman Komplekində keçirilən çempionata “Araz Naxçıvan” – “Culfa” komandalarının qarşılaşması ilə start verilib.
Çempionatda həmçinin Naxçıvan, Şərur, Ordubad, Babək, Kəngərli və Şahbuz təmsilçiləri də iştirak edəcək. Naxçıvan şəhərini və Şərur rayonunu çempionatda iki komanda təmsil edir.
Çempionata sabah 1-ci və 3-cü yer uğrunda keçirilən oyunlardan sonra yekun vurulacaq.