Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycan rəsmiləri Qarabağ erməniləri ilə görüşdə nə danışıblar?

Azərbaycan rəsmiləri Qarabağ erməniləri ilə görüşdə nə danışıblar?

Ermənistan tərəfi sülhməramlı kontingentin komandanı, general-mayor Andrey Volkovun iştirakı ilə keçirilən görüşdə Qarabağdakı ermənilərin və Azərbaycan tərəfinin nümayəndələri arasında aparılan danışıqların təfərrüatlarını təqdim edib.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilib ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

Qarabağa təbii qazın fasiləsiz verilməsini təmin etmək və qaz təchizatında növbəti fasilələrə yol verməmək;

Mütəxəssislər tərəfindən təmir işlərinin aparılması və Qarabağın enerji təchizatının bərpası məqsədilə Ermənistandan daxil olan və Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan yeganə yüksək gərginlikli xəttin yoxlanılması imkanının təmin edilməsi;

Azərbaycan ixtisaslaşmış qrupu tərəfindən Dəmirli və Heyvalı mədənlərinin ərazisində birdəfəlik vizual monitorinq həyata keçirilməsi;

Məlumata görə, bütün yuxarıda sadalanan məsələlərin müzakirəsi nəticəsində konkret razılıqlar əldə olunub ki, bu barədə Azərbaycan tərəfi yuxarı instansiyalara hesabat verməyi, yaxın günlərdə isə sülhməramlı kontingent vasitəsilə nəticələr barədə Qarabağ tərəfini məlumatlandırmağı öhdəsinə götürüb.

Görüş zamanı həmçinin tərəflər arasında stabil əks əlaqə mexanizminin formalaşdırılması, o cümlədən prosesin hələ iş mərhələsində olduğunu nəzərə alaraq, ictimaiyyətə ümumi məlumatların çatdırılması barədə razılıq əldə olunub.

Samvel Şahramanyan Qarabağ erməniləri tərəfdən danışıqlar qrupunun rəhbəridir.

Qeyd olunub ki, martın 1-də Rusiya sülhməramlı qüvvələrinin komandanı Volkovun rəhbərlik etdiyi görüşdə Qarabağ erməniləri və Azərbaycan nümayəndələrinin Qarabağın erməni əhalisinin Azərbaycanla reinteqrasiya məsələlərini müzakirə etdiyi barədə deyilənlər yalandır.  Tərəflərin rəsmi nümayəndələrinin növbəti görüşünün Rusiya sülhməramlı qüvvələrinin iştirakı olmadan Gəncədə və ya Ağdamda baş tuta biləcəyi barədə bəyanatlar da yalandır.

Xatırladaq ki, fevralın 24-də sülhməramlıların bilavasitə iştirakı ilə Qarabağdakı erməniləri və Azərbaycan nümayəndələrinin ilk görüşü baş tutub.

Editor

Related Posts