Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Rəşad Dağlı ilə bağlı təqdimat verildi

Rəşad Dağlı ilə bağlı təqdimat verildi

Tanışını qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimat verilib.

İstintaq orqanı tərəfindən göndərilən təqdimata Qaradağ Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Rəşad Dağlı əvvəldən tanıdığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.

Hadisə 3 ay əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilib. Meyxanaçı ilkin ifadəsində hadisəni təhqirə görə törətdiyini deyib.

Editor

Related Posts