Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda Novruz yarmarkası keçiriləcək

Naxçıvanda Novruz yarmarkası keçiriləcək

Novruz bayramı ərəfəsində Naxçıvanda bayram yarmarkası təşkil olunacaq.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan şəhəri Xətai küçəsində yerləşən Mərkəzi Bazarda baş tutacaq yarmarka martın 13-dən 19-dək davam edəcək.

Yarmarkada məhsullar bazar qiymətlərindən daha sərfəli qiymətlərlə alıcılara təklif ediləcək. Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkada “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin səyyari laboratoriyası da fəaliyyət göstərəcək.

Yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində əhalinin kənd təsərrüfatı məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla qarşılamaq, kənd təsərrüfatçıları üçün alternativ satış kanalı təşkil etməkdir.

Muxtar respublika sakinlərini bayram yarmarkasına dəvət edirik.

admin

Related Posts