Naxçıvan Muxtar Respublikasında martın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 13-18° isti olacaq.