Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

Neftçalada şəhid Kamranın yas mərasimi keçirildi – Fotolar

Neftçalada şəhid Kamranın yas mərasimi keçirildi – Fotolar

Müdafiə Nazirliyinin məlumatına əsasən, martın 4-də xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minaya düşərək şəhid olan hərbi qulluqçu baş leytenant Hüseynov Kamran Namiz oğlunun yas mərasimi qeyd olunub.

Birinci 24 xəbər verir ki, şəhidin yas mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, şəhidin döyüş yoldaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Kamran Hüseynov 12 iyul 1995-ci ildə Neftçala şəhərində anadan olub. O, xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minaya düşərək qəhrəmancasına şəhid olub. Martın 4-ü Neftçala şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi rayon ictimaiyyəti adından şəhid olan hərbi qulluqçumuzun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Editor

Related Posts