Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda könüllü gənclər Heydər Əliyev Muzeyini ziyarət edib

Naxçıvanda könüllü gənclər Heydər Əliyev Muzeyini ziyarət edib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və “Gənc vətənpərvərlər” İctimai Birliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində gənclərin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil edilib.

30-dan çox könüllü gəncin iştirak etdiyi ekskursiyada ümummilli liderin zəngin dövlətçilik fəaliyyətindən bəhs edilib, muzeyin ekspozisiyası barədə məlumat verilib. Bildirilib ki, ümummilli liderin sağlığında yaradılan muzeydə ulu öndərimizin uşaqlıq və gənclik dövrləri, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir.

1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzaladığı protokol və müqavilələr, məktub və teleqramlar, istifadə etdiyi xatirə əşyaları, ulu öndərin şərəfinə toxunmuş xalçalar, portretləri, tarixi fotoları, sənədli filmlər gənclərin xüsusi marağını cəlb edib.

Ekskursiyanın sonunda gənclərlə xatirə şəkli çəkdirilib.

admin

Related Posts