Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Sertab Erener Bakıda Sərvər Bəşirlidən danışdı – Foto

Sertab Erener Bakıda Sərvər Bəşirlidən danışdı – Foto

Türkiyəli müğənni Sertab Erener Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.

İfaçı ölkəmiz haqqında təəssüratlarını bölüşüb: “Bakıya ilk dəfə illər öncə gəldim. Hər gələndə şəhəri çox sevdim. Bu dəfə rəfiqəmlə şəhəri gəzdim, böyük bir dəyişiklik və inanılmaz fərqli bir Bakı gördüm. Çox xoşuma gəldi. Sizinlə bir araya gəlmək çox gözəldir”.

Müğənni konsertdən əldə etdiyi gəliri Türkiyədəki zəlzələ qurbanlarına ianə edəcəyini açıqlayıb: “Ölkəmiz bizi çox kədərləndirdi. Həyatımızı sonsuza qədər dəyişdirəcək böyük bir hadisə baş verdi. Siz də bizimlə eyni hissləri keçirdiyinizdəm əminəm. Bu konsertin bütün gəlirlərini ehtiyacı olan insanlara verməyə çalışacağıq”.

İfaçı Sərvər Bəşirlidən də danışıb: “Yaxşı bir insanın köhnə avtomobili və üzərindəki yataq dəstləri ilə fotosu heç gözümün önündən getmir. Sizinlə bunu paylaşmaqdan və musiqi ilə yaxın olmaqdan böyük qürur duyuram. Musiqi hər birimizi birləşdirəcək”.

Anşlaqla keçən konsertdə ifaçı məşhur və sevilən mahnılarını səsləndirib.

Qeyd edək ki, konsert “Kevents” qrup və “Peachline”nin təşkilatçılığı ilə baş tutub.

Editor

Related Posts