Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Afaqın səhhətində problem yaranıb – Duaya ehtiyacı var

Afaqın səhhətində problem yaranıb – Duaya ehtiyacı var

Aparıcı Afaq Gəncəlinin səhhətində problem yaranıb.

Birinci 24 bildirir ki, bu barədə onun həmkarı Hacı Nuran sosial şəbəkədə məlumat yayıb.

“Afaqın ürəyində böyük bir dərdi var, amma bunu içində çəkib həmişə, dərdlər onu möhkəm edib. Mən heç Afaqı qəmli, qanıqara görmədim. Həmişə şad-xürrəm olub. Göz yaşını içinə axıdıb, qəhərini boğazında boğub. Elə içinə axıtdığı göz yaşı, boğazında düyünlənən qəhər onun səhhətində problemlər yaratdı. Afaq Gəncəli sağlamlığı ilə sınağa çəkilib. Hamının onun üçün dua etməsini diləyirəm. Çünki mənim dostumun bu dualara böyük ehtiyacı var. Allah şəfa versin” deyə, Hacı Nuran yazıb.

Qeyd edək ki, Afaq bir neçə gün əvvəl səhhətində yaranan problemlə əlaqədar “Səhər mərkəzi” verilişindəki fəaliyyətinə ara verib.

admin

Related Posts