Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ən çox bahalanan məhsulların adları açıqlandı

Ən çox bahalanan məhsulların adları açıqlandı

Bu ilin yanvar-fevral aylarında istehlak qiymətləri 2022-ci ilin yanvar-fevral aylarına nisbətən 13,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,3%, qeyri-ərzaq məhsulları üzrə 12,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,6% artıb.

Açıqlanan rəsmi məlumatlara istinadən, bu ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yulaf yarmasının, düyünün, vaflinin, peçenyenin, mal və qoyun ətinin, balıq konservlərinin, sterilizə olunmuş üzlü südün, yoqurtun, pendirin, zeytun yağının, naringinin, narın, almanın, bananın, soğanın, kartofun, kələmin, xiyarın, pomidorun, şəkərin, konfetlərin, çayın, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, mərcinin qiymətlərində müşahidə olunub.

Editor

Related Posts