Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Rəşad Dağlının əsl tələbəsi kimdir? – Məşhur meyxanaçı açıqladı

Rəşad Dağlının əsl tələbəsi kimdir? – Məşhur meyxanaçı açıqladı

Sosial şəbəkələrdə bəzi gənc meyxanaçıların Rəşad Dağlının tələbəsi kimi təqdim edilməsi geniş müzakirəyə səbəb olub.

Meyxana dinləyicilərinin bir-çoxu Rəşad Dağlı ilə bağlı bu iddiaya etiraz ediblər.

Mövzu ilə bağlı Rəşad Dağlının sənət yoldaşı, gənc meyxanaçı Kərim Abi fikirlərini bölüşüb. Meyxanaçı Rəşadın tələbəsinin sadəcə 1 nəfər olduğunu deyib.

“Rəşad Dağlıya bütün gənclər ustad deyə bilər, bu həm ədəbdəndir, həm də onun sənət ustadı olmasını qəbul etdikləri üçündür. Rəşad bir çox gəncə dəstək olmuş ola bilər, burda da anormal nəsə yoxdur. Lakin həqiqətən sırf kimin ustadı olması maraqlıdırsa, bu adam Cahangeştdir. Yalnız Cahangeşt deyə bilər ki, mən şəxsən Rəşadın tələbəsiyəm. Meyxanada bütün yaşlı şairlər gənclərin ustadı sayılır, bu simvolik olaraq belədir. Elə bilin bir nəfər Bakı Dövlətdə müəllimdir, mən də oxuyuram İqtisadda. Bakı Dövlətdəki müəllim mənim müəllimim deyil, lakin bu onun müəllim olduğu həqiqətini də dəyişmir. Mən onu görəndə müəllim deyə xitab edəcəm. Meyxanada da müraciətlər belədir. Rəşad Dağlı mənim ustadım deyil, amma mən onu həmişə sənət ustadı kimi qəbul etmişəm. Ümumilikdə yekun olaraq, Rəşad Cahangeştdən başqasına davamçım, tələbəm deməyib. Rəşadın tək tələbəsi Cahangeştdir”.

Editor

Related Posts