Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Şəhər İcra Hakimiyyətində ümummilli liderlə bağlı tədbir keçirilib

Naxçıvan Şəhər İcra Hakimiyyətində ümummilli liderlə bağlı tədbir keçirilib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində “Ümummilli lider Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir təşkil olunub.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva bildirib ki, xalqımız ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini böyük qürur hissi ilə qeyd edir. 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilməsi Azərbaycan xalqının sarsılmaz birliyinin təcəssümü, Vətənini və xalqını canından artıq sevən ulu öndərin şəxsiyyətinə milli ehtiramın ifadəsidir.

Qeyd olunub ki, Azərbaycan xalqını Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşduran dahi rəhbər milli-mənəvi dəyərlər sisteminin formalaşmasına əvəzsiz töhfələr verib, böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin edib. Məhz ümummilli liderimizin sayəsində milli-mənəvi dəyərlərə laqeyd baxışlar aradan qalxıb, ənənə ilə müasirlik arasında mənəvi-ideoloji körpü yaranıb.

İcra Hakimiyyəti başçısının müavini əlavə edib ki, bu gün dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı müasir Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. Ölkəmiz iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə böyük uğurlara imza atır. Milli-mənəvi dəyərlərimizin yaşadılmasında və təbliğində genişmiqyaslı fəaliyyəti ilə hər bir kəsin rəğbətini qazanan Heydər Əliyev Fondu da böyük uğurlara nail olub.

Tədbirdə tarix üzrə fəlsəfə doktoru Asəf Orucov və filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədovun da çıxışları dinlənilib.

Sonda “Ümummilli lider Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” filmi nümayiş olunub.

admin

Related Posts