Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Heydər Əliyev İli” çərçivəsində konsert proqramı təşkil edilib

“Heydər Əliyev İli” çərçivəsində konsert proqramı təşkil edilib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Şəhər Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan şəhər mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

İştirakçılar əvvəlcə sözügedən məktəbin rəsm ixtisası üzrə şagirdi Röya Musayevanın Ulu Öndərə həsr olunmuş rəsm sərgisinə baxıblar.

Tədbirdə qeyd olunub ki, ölkə başçısının müvafiq sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Bununla bağlı ölkəmizdə, o cümlədən Naxçıvanda çoxşaxəli tədbirlər həyata keçirilir. Bu tədbirlər Heydər Əliyev irsinin öyrənilməsi və yaşadılması, həmçinin hər kəsin Ulu Öndərə olan ehtiramını, məhəbbətini ifadə etmək imkanı baxımından əhəmiyyətlidir.

Sonra tədbir Naxçıvan Şəhər Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin Xalq çalğı alətləri şöbəsinin konsert proqramı ilə davam etdirilib.

admin

Related Posts