Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Kəngərlidə tibbi aksiya keçirilib

Kəngərlidə tibbi aksiya keçirilib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada “Heydər Əliyev İli” çərçivəsində növbəti humanitar tibbi aksiya Kəngərli rayonunda keçirilib.

Aksiya çərçivəsində Naxçıvan Muxtar Respublika Xəstəxanasının 12 nəfərdən ibarət tibbi heyəti – həkim-terapevt, pediatr, cərrah, nevropatoloq, oftalmoloq, praktoloq, endokrinoloq, ultrasəslə müayinə, laborant və digər ixtisaslı həkimlər tərəfindən rayon əhalisinə tibbi xidmət göstərilib. Humanitar aksiyadan 54 sakin yararlanıb və onlar 288 tibbi prosedura cəlb olunub.

Səhhətində problem aşkarlanan pasiyentlər müayinə və müalicə üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət olunublar.

admin

Related Posts