Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bu il Naxçıvanda 190 hektar sahədə meyvə bağları, yaşıllıqlar salınacaq

Bu il Naxçıvanda 190 hektar sahədə meyvə bağları, yaşıllıqlar salınacaq

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində muxtar respublika ərazisində 190 hektar sahədə yeni meyvə bağları, yaşıllıq sahələri salınacaq.

Hazırda Naxçıvan-Şərur, Naxçıvan-Çalxanqala avtomobil yolunun kənarlarındakı 6 hektar sahədəki yeni püstə bağında torpaq işləri aparılıb, çalalar qazılıb, torpaq üzvi gübrələrlə zənginləşdirilib. Artıq 1 hektar sahədə əkin aparılıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə bu il 18,8 ha sahədə yeni meyvə bağları, 30 ha sahədə bərpa, 4 ha sahədə toxmacarlıq, 150 ha sahədə isə toxumla əkin işləri icra ediləcək.

admin

Related Posts