Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanın daxili işlər naziri xidmətə qəbulla bağlı sıra baxışı keçirib

Naxçıvanın daxili işlər naziri xidmətə qəbulla bağlı sıra baxışı keçirib

Naxçıvan daxili işlər naziri, polis polkovniki Süleyman Neymətov sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, sıra baxışında muxtar respublikada yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak ediblər.

Tədbirdə Vətən müharibəsinin 11 iştirakçısı, şəhid ailəsinin 5 üzvü olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 131 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

admin

Related Posts