Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ahıllar evi sakinləri ilə bayram görüşü keçirilib

Ahıllar evi sakinləri ilə bayram görüşü keçirilib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz şəhərindəki Ahıllar evində bayram tədbiri keçirilib

Tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov vurğulayıb ki, ölkəmizdə tənha yaşayan ahıl vətəndaşlar dövlətimizin xüsusi qayğısı əhatəsindədirlər. Muxtar respublikada bu kateqoriyadan olan şəxslərə müvafiq sosial xidmətlər göstərilir, onlar vaxtaşırı həkim müayinəsindən keçirilir, müxtəlif reabilitasiya vasitələri ilə təmin olunur, respublikanın sanatoriya və pansionatlarına göndərişlər verilir.

Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev Ahıllar evində sakinlər üçün yaradılan şəraitdən danışıb, əlamətdar günlərdə onlarla keçirilən görüşlərin ənənə halını aldığını qeyd edib.

Çıxış edənlər Ahıllar evi sakinlərinə bayram münasibətilə təbriklərini çatdırıblar. Naxçıvan Musiqi Kollecinin İnstrumental ansamblı konsert proqramı ilə çıxış edib.

Tədbirdə Ahıllar evinin sakinlərinə bayram hədiyyələri təqdim olunub.

Sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

admin

Related Posts