Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bu il Naxçıvanda məzunların 96 faizi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib

Bu il Naxçıvanda məzunların 96 faizi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri fəallıq nümayiş etdiriblər.

Belə ki, Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla ümumtəhsil məktəblərini bitirən 3166 şagirddən 3043-ü sənədvermədə iştirak edib, 2877-si ali, 166-sı isə orta ixtisas təhsili müəssisələrini seçib. Ümumilikdə sənəd qəbulunda məktəblilərin 96 faizi iştirak edib.

Heydər Əliyev adına Hərbi Lisey, Naxçıvan Qızlar və Şərur Şəhər Fizika – Riyaziyyat Təməyüllü liseylərini bitirən şagirdlərin isə 100 faizi ali məktəblərə sənədvermədə iştirak edib.

Məlumat üçün bildirək ki, ötən tədris ilində Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, ümumtəhsil məktəblərini 2990 məzun bitirib. Onlardan 2848-i, yaxud 95 faizi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib, 2159-u, yəni 76 faizi tələbə adını qazanıb.

600-700 arası bal toplayan məzunların sayı ondan öncəki ilə nisbətdə 36 faiz artıb. 254 nəfər isə 500-700 arasında bal toplayıb.

Yüksək nəticə göstərən 100 məktəbdən 71-i ucqar kənd məktəbləri olub.

admin

Related Posts