Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

250 minlik bağ evi ilə gündəmə gələn Nəfəsin sponsoru kimdir?

250 minlik bağ evi ilə gündəmə gələn Nəfəsin sponsoru kimdir?

Müğənni Nəfəs növbəti açıqlaması ilə diqqətləri üzərində cəmləyib.

Birinci 24 bildirir ki, sənətçi “Maqazin plyus” verilişində müsahibəsində sənətdə ona dəstək olan sponsorundan söz açıb.

“Sponsorunuz kimdir?” sualına Nəfəsin cavabı belə olub:

“İstərdim ki sponsorumun kimliyinin adını çəkim, deyim. Bizim aləmdə sponsor deyəndə çox pis baxırlar. Əgər dırnaqarası “sponsor” deyilirsə, sponsorum yoxdur”.

Müğənni, həmçinin bir müddət əvvəl 250 min manata sahibləndiyi bağ evindən də danışıb:

“O bağ evini mənə heç kim almayıb. Özüm almışam. Çox istərdim ki, deyim ki, o bağ evini mənə həyat yoldaşım alıb. İnanın, o qədər buna ehtiyacım var. Mən də bir xanımam, bir bəy tərəfindən qürurlanmaq istəyirəm. Bir bəyi ortalığa çıxarıb, bu da mənim “aşım”dır demək istəyirəm. Amma yoxdur”.

admin

Related Posts