Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıdan Naxçıvana gedən sərnişindən heroin aşkarlanıb

Bakıdan Naxçıvana gedən sərnişindən heroin aşkarlanıb

Bakı-Naxçıvan reysi ilə Naxçıvana gedən sərnişinin üzərindən heroin aşkarlanıb.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlərlə Bakı-Naxçıvan reysi ilə Naxçıvana gələn M.Vəliyevi saxlayıblar.

Axtarış zamanı onun üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

admin

Related Posts