Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Gülyaz “Səs”də qalib olan tələbəsi ilə

Gülyaz “Səs”də qalib olan tələbəsi ilə

Xalq artisti Gülyaz Məmmədova münsifi olduğu “Səs Azərbaycan: Doğma nəğmələr” yarışmasında qalib olan tələbəsi Zülfü Əsədzadə ilə birgə paylaşım edib.

Birinci 24 yazır ki, sənətçi şəkli instaqramda izləyicilərə bölüşüb. Məmmədova sözügedən müsabiqədə yer aldığı üçün məmnunluğunu qeyd edib.

“İctimai televiziyanın “Səs Azərbaycan: Doğma nəğmələr” layihəsi, doğrudan da, bizə doğmalıq bəxş etdi. Hamımız bir ailə olduq. İTV-nin rəhbəri çox hörmətli Balakişi Qasımova, yaradıcı heyətə, İTV-nin bütün kollektivinə, ustadlarımız Samirə Əliyeva, İlqar Xəyal, Vüqar Camalzadənin rəhbərliyi ilə instrumental ansamblı, “Nero” rəqs qrupunun rəhbəri Emil bəyə – hər birinizə ayrı-ayrı minnətdarlığımı bildirirəm”, – deyə, Xalq artisti vurğulayıb.

admin

Related Posts