Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycan Fələstinin Nablus regionunda məktəb tikəcək

Azərbaycan Fələstinin Nablus regionunda məktəb tikəcək

“Azərbaycanlı həmkarımla səmimi, açıq və dostcasına müzakirəmiz olub”.

Bunu Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat qarşısında çıxışı zamanı deyib.

“Biz qarşılıqlı əlaqələrimizi necə inkişaf etdirməklə bağlı məsələləri müzakirə etdik. Mən Fələstin xalqının azadlıq istəyinə verdiyi dəstəyə, beynəlxalq platformalarda bizi dəstəklədiyinə görə Azərbaycana təşəkkürümü çatdırdım. Azərbaycanın verdiyi humanitar dəstəyə görə minnətdarıq.

Azərbaycan hər il 25 fələstinli tələbə üçün təqaüd ayırır. Eyni zamanda Azərbaycan Nablus regionunda məktəb tikəcək, bu qərara görə təşəkkür edirəm” – Fələstin XİN rəhbəri qeyd edib.

Editor

Related Posts