Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ədliyyə Nazirliyinin əməkdaşları Ordubadda vətəndaşların müraciətlərini dinləyib

Ədliyyə Nazirliyinin əməkdaşları Ordubadda vətəndaşların müraciətlərini dinləyib

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Ordubad rayonunda “Açıq qapı” günü keçirib.

Nazirliyin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, Ordubad Rayon Məhkəməsinin inzibati binasında baş tutan qəbulda vətəndaşların fərdi qaydada müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib. Əsasən aliment, pul tələbi, qeydiyyat və notariat əməliyyatları ilə bağlı müraciət edən vətəndaşlara qanunamüvafiq məsləhətlər verilib və həlli mümkün olan məsələlərə dəstək göstərilib. Ədliyyə fəaliyyətinə uyğun araşdırma tələb edən müraciətlər isə həll edilməsi üçün nəzarətə götürülüb.

Qeyd edək ki, növbəti “Açıq qapı” günləri Şərur və Sədərək rayonlarında keçiriləcək.

admin

Related Posts