Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ülviyyə Xəlilbəyli:“Eyni şeyləri yaşamaqdan çəkinirəm”

Ülviyyə Xəlilbəyli:“Eyni şeyləri yaşamaqdan çəkinirəm”

Aktrisa Ülviyyə Xəlilbəyli növbəti statusu ilə diqqət çəkib.

Birinci 24 yazır ki, Ülviyyə hekayə bölməsində səmimi açıqlama verib.

“Uşaqlığımdakı travmaların məndə yaratdığı təəssüratlar, alçaq dostlarımdan “yediyim “kazıklar” (Güvəndiyi şəxs tərəfindən aldadılmaq, zərbə almaq mənasındadır – red.), yeni başlanğıclara doğru getməyimin qarşısını alır. İnsanlara güvənirəm, amma haradasa dirənirəm də. Çünki təkrar eyni şeyləri yaşamaqdan çəkinirəm.

“Ay da bu da belə çıxdı”, “Sənə demişdim də” sözlərini eşitmək istəmirəm. Məncə, şərtsiz güvənmək rahat duyğudur. Məndə isə yoxdur. Çoxdan bitib. Qorxularınızla necə baş edirsiz?”, – deyə, sənətçi bildirib.

admin

Related Posts