Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanla İran arasında müharibə başlasa… – Türkiyə, İsrail, Pakistan…

Azərbaycanla İran arasında müharibə başlasa… – Türkiyə, İsrail, Pakistan…

İran-Azərbaycan gərginliyi davam edir. SEPAH-a bağlı bəzi Teleqram kanalları İran vətəndaşlarını Azərbaycanı tərk etməyə çağırıb. Bəzi ekspertlər hesab edir ki, gərginlik hərbi toqquşma kontekstinə belə keçə bilər.

Maraqlıdır, iki ölkə arasında hərbi toqquşma baş verə bilərmi? Bu ehtimal nə qədər reallaşa bilər? Türkiyə başda olmaqla Azərbaycanı hansı dövlətlər dəstəkləyər?

Mövzu ilə bağlı danışan politoloq Əlimusa İbrahimov deyib ki, İran-Azərbaycan gərginliyi hərbi toqquşma kontekstinə keçməyəcək:

“Bu versiya inandırıcı deyil. Hesab edirəm iki ölkə arasında gərginlik bir müddət verbal olaraq davam edəcək, lakin tədricən səngiyəcək.

Əlimusa İbrahimov 

Məsələ ondadır ki, indiki məqamda İran Azərbaycana müharibə elan edə bilməz. Bu, rəsmi Tehranın sonu ola bilər. Onsuz da hazırda İran ətrafında bir koalisiya formalaşır. Tehranın Bakıya qarşı ehtimal hərbi addımı bu koalisiyanın İrana müdaxiləsi üçün arqument yaradacaq.

Azərbaycana gəldikdə isə rəsmi Bakı İranla müharibə istəmir. Bizim ümumiyyətlə belə bir niyyətimiz yoxdur”.

Politoloqun fikrincə, Rusiya, Türkiyə İran-Azərbaycan münasibətlərinin normallaşması üçün səylər göstərir:

“Lakin ehtimal gərginlik fonunda Azərbaycana Türkiyə, Pakistan, İsrail dəstək verəcək”.

Editor

Related Posts