Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin kollektivi Heydər Əliyev Muzeyini ziyarət edib

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin kollektivi Heydər Əliyev Muzeyini ziyarət edib

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan “Yerquruluşu, Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətin kollektivləri “Heydər Əliyev İli” ilə əlaqədar Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Xidmətdən Birinci 24 İnformasiya Agentliyinə bildirilib ki, kollektiv ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib.

Muzeylə tanışlıq zamanı məlumat verilib ki, ümummilli liderin dövlət idarəçiliyindəki misilsiz xidmətləri dahi rəhbərin adını daşıyan bu muzeydə yaşadılır. 1999-cu il 10 may tarixindən fəaliyyət göstərən muzey ümummilli liderin sağlığında yaradılan ilk muzeydir və hazırda muzey fondunda 5 mindən çox eksponat mühafizə olunur.

Zəngin ekspozisiya zalında görkəmli dövlət xadiminin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzalanan protokol və müqavilələr, məktub və teleqramlar, istifadə etdiyi xatirə əşyaları, kitab, qəzet, jurnallar və digər dəyərli eksponatlar sərgilənir.

Xidmətin əməkdaşları Ulu Öndərin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat əldə ediblər.

admin

Related Posts