Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İlkin Süleymanovun işindən casusluq ittihamı götürülüb – İddia

İlkin Süleymanovun işindən casusluq ittihamı götürülüb – İddia

Aprelin 3-də yerli mətbuatda İlkin Süleymanov adlı şəxsin deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumla bağlı saxlanılmasına dair məlumat yayılıb. O, mətbuatda İranın Azərbaycandakı casus şəbəkəsinin üzvü kimi təqdim edilib. İ.Süleymanovun yaxınları isə, onun haqqında səsləndirilən ittihamları rədd ediblər. Aprelin 4-də isə deputat qarşı törədilmiş sui-qəsdlə bağlı saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı DTX İstintaq Baş İdarəsinin müstəntiqi tərəfindən verilən vəsatətlərə baxılıb. Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə saxlanılanlardan 3 şəxs barəsində 4 ay müddətinə, 1 şəxs barəsində isə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Aprelin 5-də İ.Süleymanov haqqında bir sıra ittihamların götürülməsi barədə məlumat yayılıb.

Bu barədə jurnalist Həbib Müntəzir feysbuk profilində paylaşım edib:

““Fazil Mustafa işi”ndə ittiham edilərək saxlanılan inanclı İlkin Süleymanov haqqında iş üzərindən götürülərək, “silahlı hücum, casusluq” maddələri ləğv edilib. Amma indi onun üzərinə narkotik maddəsi qoymaqla həbs etmək və cəzalandırmaq istəyirlər. Hazırda məhkəmə prosesi davam edir”.

Editor

Related Posts