Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanlılara Rusiya ordusuna qoşulmaq üçün bukletlər paylanılır?

Azərbaycanlılara Rusiya ordusuna qoşulmaq üçün bukletlər paylanılır?

Azərbaycanda Rusiya ordusunda xidmət keçməyə səsləyən reklam bukletlərinin paylanılması barədə sosial şəbəkələrdə iddialar yayılıb.

Reklam bukletlərində Rusiya ordusunun sıralarına qoşulmaq istəyənlər üçün həvəsləndirici şərtlər irəli sürülüb. Belə ki, vətəndaşlara yüksək sosial təminat müqabilində həmin ölkənin ordusuna qoşulmaq təklif edilir.

Digər iddiaya əsasən isə sözügedən broşürlər Rusiyada azərbaycanlıların kompakt yaşadığı ərazilərdə paylanılır. 

Məsələ ilə bağlı DİN-nin Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev “Qafqazinfo”nun sorğusunu cavablandırıb. O bildirib ki, DİN məsələdən məlumatlıdır və araşdırma aparılır.

Editor

Related Posts