Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda aprel ayı üçün əmək pensiyalarının ödənilməsi başa çatdırılıb

Naxçıvanda aprel ayı üçün əmək pensiyalarının ödənilməsi başa çatdırılıb

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu aprel ayında əmək pensiyalarının və məcburi dövlət sosial sığortası haqları hesabına müavinətlərin maliyyələşdirilməsini başa çatdırıb.

Bu barədə Birinci 24 İnformasiya Agentliyinə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, tələb olunan vəsait fondun xəzinə hesabından pensiyaçıların plastik bankomat kartlarına köçürülüb.

Qeyd edək ki, fond tərəfindən sığortaolunanlara ödənilən uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi və ödənilməsi proaktiv qaydada həyata keçirilib. Uşağın anadan olmasına görə birdəfəlik müavinət müraciət olunmadan və sənəd təqdim edilmədən elektron qaydada təyin edilərək ödənilib. Müavinətin ödənilməsi və hansı bankdan götürülməsi barədə məlumat ödəniş rəsmiləşdirilmiş şəxsin adına olan telefon nömrəsinə bildiriş göndərilib.

admin

Related Posts