Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin kollektivi Heydər Əliyev Muzeyini ziyarət edib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin kollektivi Heydər Əliyev Muzeyini ziyarət edib

Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin kollektivi “Heydər Əliyev İli” ilə əlaqədar ulu öndərin Naxçıvan şəhərindəki muzeyini ziyarət ediblər.

Xidmətdən Birinci 24 İnformasiya Agentliyinə bildirilib ki, kollektiv ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, 1999-cu il 10 may tarixindən fəaliyyət göstərən muzeydə ulu öndərimiz Heydər Əliyevə məxsus şəxsi əşyalar nümayiş olunur, eyni zamanda muzeyin kitabxanasında dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən qəzet, jurnal, albom, kitablar və videomateriallar toplanıb.

Qeyd edilib ki, ekspozisiyada həmçinin ümummilli liderimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir.

Xidmətin əməkdaşları dahi rəhbərin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat əldə ediblər.

admin

Related Posts