Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Naxçıvan” Universitetində elmi-praktiki konfrans keçirilib

“Naxçıvan” Universitetində elmi-praktiki konfrans keçirilib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində “Milli iqtisadiyyatın davamlı inkişafının tənzimlənməsində Heydər Əliyev siyasətinin əhəmiyyəti” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konfransda çıxış edən universitetin rektoru, dosent Anar Kazımov bildirib ki, ölkəmizdə müstəqillik illərində iqtisadiyyatın bütün sahələrində qazanılmış nailiyyətlərə müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəllifliyi və rəhbərliyi ilə həyata keçirilən islahat və inkişaf xarakterli dövlət proqramları, inkişaf konsepsiyaları və strategiyaları nəticəsində nail olunub. 1993-2003-cü illərdə aparılan iqtisadi, siyasi, institusional islahatlar ölkə iqtisadiyyatının perspektiv inkişafı üçün güclü zəmin və əsas yaradıb.

“Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekanı Tural Məmmədzadə, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı Anar Cəfərov və kafedranın baş müəllimi Bəhrəm Həsənov Naxçıvan Muxtar Respublikasında dayanıqlı iqtisadi inkişaf, aqrar sahədə həyata keçirilən islahatlar, bu sahədə istehsalın tənzimlənməsi və ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə məlumat veriblər.

Konfransda tələbələrin mövzu ilə bağlı suallarına aydınlıq gətirilib.

admin

Related Posts