Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

DYP-yə məhəl qoymayıb arxaya hərəkət edən avtomobilin sürücüsü saxlanıldı – YENİLƏNİB

DYP-yə məhəl qoymayıb arxaya hərəkət edən avtomobilin sürücüsü saxlanıldı – YENİLƏNİB

Bakıda yolun əks istiqamətində maşın sürən şəxs saxlanılıb.

Bu barədə DİN-in Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.

O bildirib ki, sözügedən şəxs 20 yaşlı tələbədir və saxlanılaraq məsuliyyətə cəlb edilib.

21:26

Bakıda polisin dayanma tələbinə məhəl qoymayaraq girdiyi əks yöndən arxaya doğru hərəkət edərək uzaqlaşmağa çalışan, daha sonra uzun müddət bu şəkildə hərəkəti davam etdirən avtomobilin sürücüsü qəza törədib.

Heydər Əliyev Mərkəzinin qabağında yolun əks istiqamətində gedərkən DYP avtomobili ilə qarşılan “Volkswagen Touareg” markalı avtomobilin sürücüsü geriyə hərəkət etməklə hadisə yerindən uzaqlaşmağa çalışıb. Bu şəkildə Nərimanov rayonu, İzzədin Həsənoğlu küçəsinə qədər gedən nəqliyyat vasitəsi küçə boyunca Fətəli Xan Xoyski istiqamətində də geriyə doğru hərəkəti davam etdirib.

Polisdən qaçarkən bir neçə avtomobillə toqquşan və təhlükəli qəza şəraiti yaradan maşın nəhayət Həsənoğlu küçəsində dayandırılıb.

20:22

Bakıda əks hərəkət istiqamətinə daxil olan avtomobil yolda təhlükəli vəziyyət yaradıb.

Hadisə Nərimanov rayonu ərazisində, Heydər Əliyev Mərkəzinin yaxınlığında baş verib.

Belə ki, yolun əks istiqamətində gedən “Volkswagen Touareg” markalı avtomobil qarşısında DYP avtomobilini görüncə geriyə doğru hərəkət etməyə başlayıb. Yol polisinin qanunu dayanma tələbinə əməl etməyən avtomobilin sürücüsü sürətli şəkildə geriyə hərəkət edərək digər yola çıxıb və başqa hərəkət iştirakçılarına təhlükə yaradıb.

Sözügedən görüntüləri təqdim edirik:

Editor

Related Posts