Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda dəhşətli yanğın – Ölənlər var

Bakıda dəhşətli yanğın – Ölənlər var

Bu gün saat 05 radələrində Bakıda sexdə yanğın olub.

Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqların hazırlanması sexində baş verən yanğın zamanı 2 nəfər sexin içərisində yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən yanğın söndürülüb.

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir və araşdırma aparılır.

Qeyd edək ki, yanğın zamanı 370 kvadrat metr sahəli sexin 44 kvadratlıq hissəsi yanıb.

Editor

Related Posts