Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

İtkin düşən hərbçimiz Ermənistanda həbs olundu – Yenilənib

İtkin düşən hərbçimiz Ermənistanda həbs olundu – Yenilənib

“Aprelin 10-da saat 01:00-02:00 radələrində Ermənistan ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu aşkar edilərək həbs edilib”.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onun yanında daha bir hərbçi olub, əməliyyat-axtarış tədbirləri davam etdirilir .

***13:57
Ermənistan mətbuat orqanlarında itkin düşmüş Azərbaycan hərbçisinin ələ keçirilməsi barədə məlumat yayılıb.

Erməni sosial şəbəkələrində sözügedən hərbçinin kadrları da yayılıb.

Kadrlarda, azərbaycanlı şəxs 3 gündür heç nə yemədiyini deyir və meşədə gizləndiyini bildirir.

Erməni mülki şəxslər isə yaşlı “tərcüməçi” vasitəsilə onu sorğu-sual edirlər.

Müdafiə Nazirliyindən bu barədə müvafiq sorğumuza cavab olaraq bildirildi ki, rəsmi mövqe olan zaman açıqlama veriləcək.

Editor

Related Posts