Avqustun 12-dən 20-dək Ermənistanda “Eagle Partner – 20255” adı altında Ermənistan-ABŞ birgə təlimləri keçiriləcək.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təlimlərə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı Quru Qoşunlarının və Kanzas Milli Qvardiyasının hərbçiləri cəlb olunacaq.
Təlim tibbi evakuasiya prosedurlarının yerinə yetirilməsini, həmçinin, sülhməramlı missiyaların icrasını əhatə edir.
Təlimlərin keçirilməsində məqsəd sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölüklər arasında qarşılıqlı fəaliyyətin səviyyəsini yüksəltmək, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsi aparmaq, sülhməramlı bölüklərin hazırlıq səviyyəsini artırmaqdır.