Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda “Heydər Əliyev dühası əbədiyaşardır” adlı sərgi açılıb

Naxçıvanda “Heydər Əliyev dühası əbədiyaşardır” adlı sərgi açılıb

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Heydər Əliyev dühası əbədiyaşardır” adlı sərgi təşkil olunub.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə əvvəlcə ümummilli liderimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Anar İbrahimov, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov və Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev çıxış ediblər.

Bildirilib ki, ölkəmizdə rəssamlıq sənətinin qorunub inkişaf etdirilməsində böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ümummilli liderimizin himayəsi ilə 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı, 2000-ci ildə isə həmin təşkilatın bazasında Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyi yaradılıb. Müstəqillik illərində muxtar respublikada rəssamlıq sənətinin inkişafı ilə bağlı ardıcıl tədbirlər görülüb, Rəssamlar Birliyi yeni bina və emalatxana ilə təmin edilib, birlik üzvlərinin yaradıcılıq imkanları genişləndirilib, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi və Rəssamlar Parkı yaradılıb, ali təhsil müəssisələrində müvafiq ixtisaslar açılıb.

Sonra ulu öndər Heydər Əliyevin 100 ilik yubileyinə həsr olunan rəsm sərgisinə baxış olub.

“Heydər Əliyev dühası əbədiyaşardır” başlığı ilə təqdim olunan sərgidə ümummilli liderimizin mənalı ömür yolu, zəngin siyasi fəaliyyətini, müstəqil və müasir Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafını, Ordumuzun böyük qələbəsini əks etdirən 20 rəssamın 50 əsəri nümayiş etdirilir.

admin

Related Posts