Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Babək Rayon İcra Hakimiyyətinin saytı “GOV.AZ” zonasına köçürülüb

Babək Rayon İcra Hakimiyyətinin saytı “GOV.AZ” zonasına köçürülüb

Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin elektron informasiya resursu yeni “babek-ih.gov.az” domen adı ilə “AzStateNet” şəbəkəsinə köçürülüb.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, yenilənmiş internet səhifəsi nazirliyin mühəndis-proqramçıları tərəfindən müasir proqramlaşdırma dillərindən istifadə edilərək hazırlanıb.

Həmçinin saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə domenə bağlı e-poçt adresi ilə ([email protected]) təmin edilib.

Qeyd edək ki, muxtar respublikada digər rayon (şəhər) icra hakimiyyətlərinin də internet səhifələri yenilənməkdədir. Onların da audit yoxlamaları aparıldıqdan sonra “GOV.AZ” domen zonasına köçürülməsi diqqətdə saxlanılacaqdır.

admin

Related Posts