Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Elnarə Xəlilova:“Uşaqlarım məni onlara qısqanır”

Elnarə Xəlilova:“Uşaqlarım məni onlara qısqanır”

Müğənni Elnarə Xəlilova tələbələrinə vaxt ayırdığı üçün evdə uşaqlarının onu qısqandığını bildirib.

Birinci 24 yazır ki, bu barədə sənətçi “MTV maqazin” verilişində danışıb.

İfaçı bildirib ki, övladları onu bölüşə bilmir:

“Uşaqlarım məni tələbələrimə qısqanır. Deyirlər ki, get, tələbələrinlə oturarsan, tortu tələbələrinlə bölüşərsən, onlarla çay içərsən. Körpədirlər, hələ başa düşmürlər ki, etməliyəm bunu. İstər-istəməz həftədə bir dəfə kiminsə klipi, layihəsi çıxır. Mən orada necə iştirak etməyim? Bir növ özüm ideya müəllifiyəm. İşi mən başlatmışamsa, sona çatdırmalıyam”.

Qeyd edək ki, Xəlilovanın 4 övladı var.

admin

Related Posts