Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvandakı obyektlərin 70 %-də yeni nəsil nəzarət kassa aparatı quraşdırılıb

Naxçıvandakı obyektlərin 70 %-də yeni nəsil nəzarət kassa aparatı quraşdırılıb

Bu il yanvarın 1-nə Naxçıvan MR-da yeni nəsil nəzarət kassa aparatlarının sayı 73 ədəd olduğu halda, bu ilin 3 ayında 19 dəfədən çox artaraq 1 415 ədəd təşkil edib.

Bu barədə Birinci 24 İnformasiya Agentliyinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, əgər ötən ilin sonuna obyektlərin 3,8 %-də yeni kassa aparatları quraşdırılmışdısa, martın sonuna bu nisbət 70,2 % təşkil edib.

Yeni nəsil nəzarət kassa aparatlarının tətbiqi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

admin

Related Posts