Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda “Heydər Əliyev ideyaları və müasir dövr” mövzusunda respublika konfransı keçirilib

Naxçıvanda “Heydər Əliyev ideyaları və müasir dövr” mövzusunda respublika konfransı keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev ideyaları və müasir dövr” mövzusunda respublika konfransı keçirilib.

Bölmənin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, konfransdan öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Heydər Əliyev Muzeyində olan ziyarətçilər Ulu öndərin həyatını, ictimai-siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Daha sonra Naxçıvan Bölməsində təşkil olunan “Heydər Əliyev – 100” adlı sərgiyə baxış olub.

Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Azərbaycanla adı qoşa çəkilən ümummilli lider” mövzusunda məruzə edib. İsmayıl Hacıyev ulu öndərin ölkəyə rəhbərliyi dövründə iqtisadi, sənaye, mədəni, aqrar və başqa sahələrdə qeydə alınan nailiyyətlərdən söz açıb.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli konfransda “Ümummilli lider Heydər Əliyevin bir millət-iki dövlət düsturu Azərbaycan – Türkiyə birliyinin yol xəritəsidir” mövzusunda məruzə edib.

Məruzəçi ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi qardaş Türkiyəyə ilk rəsmi səfərindən, “Ümid” körpüsünün açılmasından, habelə sonralar ölkəyə rəhbərliyi zamanı etdiyi səfərlərdən və imzalanan mühüm əhəmiyyətə malik sənədlərdən söz açıb.

Eynulla Mədətli dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycanın xarici diplomatiyasının formalaşdığı dövrdə, eləcə də blokada vəziyyətində olan Naxçıvan əhalisinə Türkiyənin dəstəyindən danışıb. 2009-cu ildə imzalanan Naxçıvan Bəyannaməsini Heydər Əliyev ideyalarının uğurlu davamı kimi xarakterizə edib.

“Heydər Əliyevin İpək yolu strategiyası və Azərbaycan” mövzusunda məruzə edən Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev Heydər Əliyevin memarı olduğu İpək yolu layihəsinin bu gün reallaşmış nəticələrindən danışıb. Qeyd edib ki, ulu öndərin ölkəyə rəhbərliyi dövründə müəyyənləşdirdiyi inkişaf strategiyası və bu uzaqgörənliyin Azərbaycanın bugünkü inkişafı üçün qazandırdığı töhfələr, həmçinin Zəngəzur dəhlizinin gələcəkdə açılması Azərbaycanın Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyinə müsbət təsir göstərəcək.

Daha sonra AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Heydər Əliyev və türk dünyası”, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Heydər Əliyevin milli irsimizin tədqiqinə qayğısı” mövzusunda çıxışları dinlənilib.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

admin

Related Posts