Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Dünya miqyasında yenilik: TCG “Anadolu”da diqqətdən qaçan mühüm detal

Dünya miqyasında yenilik: TCG “Anadolu”da diqqətdən qaçan mühüm detal

TCG “Anadolu” (L400) Çoxməqsədli Amfibiya Hücum Gəmisi bu yaxınlarda inventara daxil olub. Gəminin inventara təhvil verilməsi mərasimində diqqətdən qaçan bir detal olub.

TCG “Anadolu”nun təqdimat mərasimində çox vacib, lakin çox nəzərə çarpmayan bir detal olub. Gəminin önündə Türkiyənin milli Silahlı İnsansız Dəniz Platformaları (SİDP) yerləşdirilib və onlardan birinə sabit tipli yüngül torpedo borusu bağlanıb. TCG “Anadolu”nun SİDP-ni yaş hissələrində daşıya bildiyinə diqqət çəkən mütəxəssislər Türkiyənin dünyada ilk dəfə belə bir şey istifadə edə biləcəyi qənaətindədirlər.

“TRT Haber”in xəbərinə görə, Türkiyənin yerli/milli müdafiə sənayesinin əsas layihələrindən biri olan TCG “Anadolu” bu yaxınlarda təşkil edilən mərasimlə Hərbi Dəniz Qüvvələri Komandanlığına təhvil verilib. İnventara daxil olmasından bəri TCG “Anadolu” haqqında tez-tez danışılıb.

Bəziləri “Bayraktar” TB-3, “Kızılelma”, “Hürjet” kimi aviavasitələrə diqqət çəkərkən, bəziləri isə Türkiyənin beynəlxalq arenada dəniz platformaları ilə də bayrağını nümayiş etdirdiyini bildirib.


Mərasimdə diqqət çəkən SİDP detalı

TCG “Anadolu” üçün Tuzla gəmiqayırma zavodları bölgəsində təşkil edilən mərasimdə nəhəng gəminin önünə yerləşdirilən yerli/milli İnsansız Dəniz Platformaları (İDP) diqqət çəkib. NATO təlimində Türkiyəni təmsil edən, ilk və yeganə insansız dəniz platforması olan “Marlin”, habelə Tükiyəyə mühüm imkanlar gətirəcək MİR İDP və “Sancar” da orada olub.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmirin xüsusilə yerli/milli SİDP-lərin inkişafı ilə bağlı yol xəritəsi bu nöqtədə daha da mənalı olur. Biz bilirik ki, Türkiyə İDP-lər məsələsində kritik hədddədir. Bu elə bir hədddir ki, Türkiyə düzgün addımlar ata bilsə, ölkə bu sahədə dünyada 1 nömrəli aktor ola bilər.

“Qlobal miqyasda yaxşı mövqeyə sahibik”

Hərbi mütəxəssis Kozan Selçuk Erkan da prosesi yaxından izləyən şəxslərdəndir. O, SİDP məsələsinə keçməzdən əvvəl TCG “Anadolu” ilə çox dəyərli bir cümlə işlədir və bu gəminin təkcə zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) daşıyan platforma deyil, həm də güc mərkəzi olduğunu bildirir. Erkan daha dəqiq bir ifadə ilə TCG “Anadolu”nun bir tabor əsgər, çoxlu sayda tank və zirehli texnika daşıyaraq dünyanın istənilən nöqtəsində fəaliyyət göstərə bilmək üçün inşa edildiyindən bəhs edir.

Erkan burada mötərizə açır və qeyd edir: “Texnologiya çox sürətlə inkişaf edir. Qlobal miqyasda insansız sistemlərdə çox yaxşı yer tutmuşuq. PUA-lardan sonra SİDP-lərdə də yaxşı bir yerə gəlmək üzrəyik. Biz gəmiqayırma zavodlarımızda daim yeni konsepsiyalar hazırlayır və bunlara uyğun modellər istehsal edirik”.

Dəyişən müharibə konsepsiyasında onların rolu böyük olacaq

Kozan Selçuk Erkan TCG “Anadolu” ilə Türkiyənin artıq açıq dənizlərdə tapşırıq qrupu olaraq nəzarət həyata keçirmək gücünə çatdığına diqqət çəkir və belə davam edir: “Bu qrupda ikinci ən böyük gəmimiz olan “Derya” Logistika Dəstək Gəmisi də bu il istismara veriləcək. Onun üzərində İDP-lər də görəcəyik. Ancaq təkcə bizim “Derya” gəmimiz deyil, TCG “Anadolu” gəmimiz də öz göyərtəsində bir neçə belə İDP daşıya bilir. SİDP-lər günümüzün inkişaf edən və sürətlə dəyişən müharibə konsepsiyalarında mühüm yer tutacaq.

Hal-hazırda dünyada TB-2 və “Anka”nın PUA sahəsində qazandığı uğuru SİDP-lərlə də qazana biləcək bir mövqedə və qabiliyyətdəyik. Onu ən qısa zamanda istifadə edərək dünyaya göstərməliyik. Hazırda kiçik sinif SİDP-lərdə “dünya lideri” olmaq potensialımız var. TCG “Anadolu” daxilində SİDP-lər ilə işləməyə başlasa, sınaqlar istisna olmaqla, dünyada bu konsepsiyadan tam şəkildə istifadə edən ilk ölkə olaraq adımızı tarixə yazacağıq”.

Türkiyənin milli SİDP-lərinə torpedo boruları əlavə edildi

TCG “Anadolu”nun düz önündə yerləşən MİR SİDP-yə əvvəllər müşahidə edilməyən torpedo borularının əlavə edildiyi də görüntülənib. Maraqlıdır, sabit və yüngül torpedoları ata biləcək şəkildə yerləşdirilən bu yuvalar hansı qazancları təmin edəcək?

Erkan bildirib ki, MİR SİDP, xüsusilə də yerli və milli İDP-lər ciddi sualtı döyüş qabiliyyətinə hazırlaşır.

MİR SİDP, daha əvvəl elan edildiyi kimi, yerli və milli imkanlarla istehsal olunan sonarı gövdəsinin altında daşıyacaq. Bu qabiliyyətlə MİR SİDP əsas gəmidən uzaqda TCG “Anadolu” və tapşırıq qrupunu qorumaq üçün sualtı qayıqlara qarşı döyüşlərdə çox təsirli şəkildə istifadə edilə biləcək.


Bu məqamda Erkan daha bir kritik məlumatı paylaşır: “Helikopter dünyada əsas gəmilərdə istifadə edilən ən təsirli sualtı qayıq əleyhinə vasitədir. Gəmidən uzaq məsafələrdə helikopter ya öz sonarını suya atır, ya da kiçik sonar ötürücü şamandıraları düzərək gəmiyə yaxınlaşmadan sualtı qayıqları tapmağa çalışır. Bununla belə, helikopterlərin havada qalma müddəti məhduddur. Onlar bu vaxtın əhəmiyyətli hissəsini suya sonar atmaqla, dinləməklə və çıxarmaqla keçirdikləri üçün onların vəzifə sahəsi məhduddur”.

“SİDP-lər daha uzunmüddətli missiyanı üzərinə götürə bilər”

Helikopterlərin mənfi cəhətləri haqqında danışdıqdan sonra Erkan SİDP-lər üzərindən məsələni müzakirə edir və Türkiyənin yerli/milli SİDP-lərlə necə biznes qura biləcəyini izah edir:

“Digər tərəfdən, sualtı qayıq əleyhinə missiyalardakı SİDP-lər daha uzun müddət, günlərlə və yüzlərlə dəniz mili məsafədə əsas gəmidən uzaqda fəaliyyət göstərə bilər. Dənizdə olduqları üçün fırtınalarda və sərt dəniz şəraitində bu işi helikopterlərdən daha təhlükəsiz yerinə yetirirlər. Bununla bağlı ilk cəhdlərdən biri NATO təlimi zamanı Portuqaliyada olub.

Türkiyənin qürurverici layihələrindən biri olan “Marlin” SİDP ona tapşırılan vəzifəni uğurla yerinə yetirən, manevr zamanı atdığı sonar şamandıraları ilə sualtı hədəfləri müvəffəqiyyətlə tapan SİDP olmuşdu. Bu ssenaridə əldə edilən qabiliyyət əslində TCG “Anadolu”dan hərəkət edən SİDP-nin işi ilə eynidir… Qısacası, artıq əldə etdiyimiz işləri bir addım da irəli aparırıq. Ölkəmizin TCG “Anadolu”ya sahib olması ilə çox böyük uğurların ayaq səslərinin gəlməyə başladığını eşitməyə və görməyə başlayırıq”.

Editor

Related Posts