Tex (Dığ) kəndi yaxınlığındakı 5 km-lik “problemli ərazi”nin 1,4 km-i artıq düzəldilib.
Birinci 24 erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistab baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərlə keçirdiyi brifinqdə danışıb.
“Bizim (Ermənistanın-red.) 11 km uzunluğunda (Tex kəndi yaxınlığında) bir hissəmiz var. 5 km-lik hissəni problemli hesab edirik. Bu günə kimi “problemli hissə” 1,4 km azalıb. Sərhəd sahəsi bu seqment üzrə dəqiqləşdirilib. Bu o deməkdir ki, bizim və azərbaycanlıların sərhədlərimizin keçdiyi həmin nöqtə haqqında ümumi təsəvvürləri var. Burada Azərbaycan və Ermənistan sərhədçiləri həmin nöqtələrdən müəyyən məsafə aralığında yerləşəcəklər”, – deyə Paşinyan bildirib.