Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Kremldən Bakının addımına reaksiya: “Əlavə vasitəçilik səyləri tələb edir”

Kremldən Bakının addımına reaksiya: “Əlavə vasitəçilik səyləri tələb edir”

“Azərbaycan tərəfindən Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması əlavə vasitəçilik səyləri tələb edir, Moskva Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli sazişlərin həyata keçirilməsini təşviq etməyə davam edəcək”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qoyulmasına münasibət bildirən Peskov qeyd edib ki, vəziyyət həqiqətən də ağırdır, bu, İrəvan və Bakı tərəfindən əlavə səylər və anlaşma tələb edir, liderlər arasında üçtərəfli razılaşmaların həyata keçirilməsinə alternativ yoxdur.

“Rusiya vasitəçilik səylərini, əsasən iki il əvvəl imzalanmış üçtərəfli sənədlərin bütün müddəalarını həyata keçirmək səylərini davam etdirir. Rusiya bunun üzərində İrəvan və Bakı ilə birgə fəaliyyətini davam etdirəcək. Əlaqələri davam etdiririk. Paytaxtlarla işləyirik, həm İrəvanı, həm də Bakını nəzərdə tuturam. Bu işi davam etdirəcəyik”, – Kremlin sözçüsü bildirib.

Editor

Related Posts