Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Aysel Şükür:“Tək olduğumu hiss etdiyim günlərdən biri idi”

Aysel Şükür:“Tək olduğumu hiss etdiyim günlərdən biri idi”

Ötən günlərdə əkiz övladları Onurla Adlana ad günü keçirən influenser Aysel Şükür bu barədə paylaşım edib.

Birinci 24 yazır ki, məclisdən sonra təəssüratlarını izləyiciləriylə bölüşən bloger yorğun olduğunu bildirib.

“O qədər yorğunam. Tək ana olaraq bütün məclisi aparmaq elə çətindir ki. Özü öz ayaqları üstündə duran, övladlarına görə bu hayata tutunmuş qadınlar məni anlayar.. Dünən bir daha bu həyatda tək olduğumu hiss etdiyim günlərdən biri oldu.. Ayaqlarımın və belimin ağrısından ölürəm… Özümə gəlim, dünəndən qalan bütün detalları paylaşacağam. Bu arada gələn bütün qonaqlarıma təşəkkür edirəm. Hər şey sizinlə çox maraqlı və əyləncəli oldu”, – deyə, Aysel yazıb.

Qeyd edək ki, iki dəfə ailə qurub ayrılan influenserin üç oğlan övladı var. Onun böyük oğlu ilk evliliyindən, əkizləri isə Oqtay Əhmədovla olan nikahından dünyaya gəlib.

admin

Related Posts