Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda Sahibkarlar Günü ilə bağlı keçirilən konfransda Naxçıvan nümayəndə heyəti də iştirak edib

Bakıda Sahibkarlar Günü ilə bağlı keçirilən konfransda Naxçıvan nümayəndə heyəti də iştirak edib

Bu gün Sahibkarlar Gününün səkkizinci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, konfransda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin tərkibinə muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının, “Arkoz Holdinq”in, “Nəqşicahan Holdinq” Şirkətlər Qrupunun, “Ləzzət Qida Sənaye”, “NaxPlast” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin və “Müasir məkan” Ət və Ət Məhsulları Müəssisəsinin nümayəndələri daxil edilib.

Tədbirdə ulu öndərin həyat və fəaliyyətinə, Azərbaycanın inkişafı və çiçəklənməsi, o cümlədən sahibkarlığın inkişafı sahəsində gördüyü işlərə həsr olunmuş “Əbədiyyətin ilk əsri. Heydər Əliyev-100” filmi nümayiş olunub.

Konfrans iştirakçıları Gülüstan sarayının foyesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgiyə də baxıblar.

admin

Related Posts