Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şəhid leytenant Əli Yusifovun xatirəsi anılıb

Şəhid leytenant Əli Yusifovun xatirəsi anılıb

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, bu gün Vətən müharibəsinin qəhrəmanlarından biri, ölümündən yeddi ay sonra nəşi tapılan şəhid leytenant Əli Yusifovun şəhadət günüdür. Şəhidin doğma yurdu Şərur rayonunda anım tədbiri keçirilib.

Şərur Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, Vətən uğrunda canından keçən qəhrəmanımızın ruhuna dualar oxunub.

Rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilərin iştirakı ilə keçirilən anım tədbirində çıxış edənlər şəhid leytenant Əli Yusifovun şərəfli döyüş yoluna nəzər salıb, qəhrəmanlıqlarından bəhs ediblər.

Bildirilib ki, şəhid leytenant Əli Yusifov torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan döyüşlər zamanı qəhrəmanlıq göstərib, Şanlı Ordumuzun öndə gedən zabitlərindən olub. Oktyabrın 3-də Füzuli uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan Əli Yusifovun nəşi 2021-ci il aprelin 29-da torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Çıxış edənlər şəhid ailələrinə, müharibə əlilləri və qazilərə göstərilən diqqət və qayğıdan danışıb, Vətənin dar günündə silaha sarılıb irəli atılanların döyüş yolunun gələcək nəsillərə örnək olduğunu diqqətə çatdırıblar. Torpaq uğrunda canından keçənlərin əziz xatirəsinin əbədiləşdirildiyi, müxtəlif tədbirlər, turnirlər vasitəsilə onların şərəfli həyat və döyüş yolunun gənc nəslə aşılandığı minnətdarlıqla qeyd olunub.

Anım tədbirində məktəblilər vətənpərvərlik ruhunda və şəhidlik zirvəsindən bəhs edən şeirlər səsləndiriblər.

Şəhidin doğulub boya-başa çatdığı Oğuz kəndində ehsan süfrəsi də açılıb.

admin

Related Posts