Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Paraatletimiz Rafiq Əliyev dünya çempionatına vəsiqə qazanıb

Paraatletimiz Rafiq Əliyev dünya çempionatına vəsiqə qazanıb

Azərbaycan Milli Paralimpiya Komitəsinin güllə atıcılığı üzrə yığmasının üzvləri Almaniyanın Hannover şəhərində keçirilən beynəlxalq turnirdə daha bir medal qazanıblar.

Birinci 24 İnformasiya Agentliyi komitəyə istinadla xəbər verir ki, kişilərdən ibarət komanda yarışında iştirak edən Kamran Zeynalov, Rafiq Əliyev və Rəşad İmaməliyev pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında gümüş medala yiyələnib.

Eyni zamanda, Rafiq Əliyev yüksək nəticə göstərərək, dünya çempionatına lisenziyanı qazanıb.

Qeyd edək ki, turnir sentyabrın 17-29-da Perunun paytaxtı Limada keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.

admin

Related Posts