Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Naxçıvan rəssamlarının yaradıcılığında ənənə və müasirlik” monoqrafiyası təqdim olunub

“Naxçıvan rəssamlarının yaradıcılığında ənənə və müasirlik” monoqrafiyası təqdim olunub

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Naxçıvan rəssamlarının yaradıcılığında ənənə və müasirlik” monoqrafiyasının təqdimatı keçirilib.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, monoqrafiyanın müəllifi Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, NDU İncəsənət fakültəsinin dekanı Cavid İsmayılovdur.

Kitabın təqdimatında ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev əsərin Naxçıvanda dünyaya göz açmış təsviri sənət ustalarının yaradıcılıq axtarışlarına həsr olunduğunu deyib.

Təqdimata onlayn qoşulan Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev monoqrafiyanın əsas məzmununu Azərbaycanın sovetləşməsindən sonra Naxçıvanda baş verən bədii proseslərin iştirakçısı olan rəssam və heykəltəraşların əsərlərinin təhlili ilə bağlı olduğunu diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Respublikasının Xalq rəssamı, Təsviri incəsənət kafedrasının professoru Hüseynqulu Əliyev, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, professor Səidə Məmmədova, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimlinin çıxışları dinlənilib.

Bildirilib ki, monoqrafiya təsviri sənət həvəskarları, rəssam və sənətşünaslar üçün nəzərdə tutulub. Çıxış edənlər həmçinin Bəhruz bəy Kəngərlinin adı ilə bağlı olan Naxçıvanda təsviri sənətin özünəməxsus inkişaf dinamikası haqda məlumat verib, rəssama bundan sonrakı yaradıcı və elmi fəaliyyətində uğurlar arzu ediblər.

Monoqrafiyanın elmi redaktoru Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyevdir.

admin

Related Posts