Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Şəhər İcra Hakimiyyətində ümumilli liderin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Naxçıvan Şəhər İcra Hakimiyyətində ümumilli liderin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları ulu öndərin Naxçıvan şəhərindəki abidəsi önünə güllər qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə ehtramlarını bildiriblər. Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.

Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş video-slayda baxış olub.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısındakı mühüm xidmətlərindən danışıb. Bildirib ki, bu gün Azərbaycanın hər bir guşəsində ulu öndər Heydər Əliyevin izi görünür, hər bir sahənin inkişafında onun müəyyənləşdirdiyi siyasət özünü göstərir. Ulu öndərin müəyyənləşdirdiyi siyasət, dəyərlər Azərbaycan xalqına xidmət edir.

Mirsənani Seyidov bildirib ki, həmişə Azərbaycanın müstəqilliyini arzulayan, bütün şüurlu fəaliyyətini bu istiqamətdə quran ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində müstəqilliyimiz əbədi və sarsılmaz olub. Geniş bilik və dərin təfəkkür sahibi olan ulu öndər Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib.

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli bildirib ki, regionun gündəliyini bu gün Azərbaycan diktə edir. Dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq nəhəng transmilli nəqliyyat və enerji layihələri həyata keçirən Azərbaycanın bu təşəbbüsləri dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənir, ölkəmizə iqtisadi-siyasi dividentlər qazandırır.

Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir. Böyük Qayıdış proqramı çərçivəsində ilk uğurlu addımlar atılır.

Ulu öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi.

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Haqq davamızın nəticəsi olaraq 44 günlük müharibədə zəfərimiz xalqımızı daha da bütövləşdiridi, mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi. Azərbaycan xalqı təkcə torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi. Eyni zamanda xalqımız öz varlığını milli məsələlərdəki həmrəyliyini, parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi.

Tədbir ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert proqramı ilə davam edib.

admin

Related Posts