Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ötən 4 ayda Naxçıvan şəhərində 600-ə yaxın abonent genişzolaqlı internetlə təmin olunub

Ötən 4 ayda Naxçıvan şəhərində 600-ə yaxın abonent genişzolaqlı internetlə təmin olunub

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 2023-cü ilin ötən 4 ayı ərzində 327 abonent yeni stasionar telefon xətti ilə, 577 abonent ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) internetlə təmin olunub.

Bu barədə nazirliyin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə məlumat verilib.

Eyni zamanda GPON (Giqabyte Passive Optical Network–Qiqabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında həyata keçirilən “Evədək optika” layihəsi çərçivəsində 40 abonentə fiber-optik xətlər çəkilib, zəruri avadanlıqlar quraşdırılıb, istismar müddəti ərzində fiber-optik xətlərdə yaranmış nasazlıqlar aradan qaldırılıb.

Artan tələbat fonunda bu ilin yanvar ayında Qaraxanbəyli kəndində istismarda olan Avtomat Telefon Stansiyasının internet tutumu artırılıb.

admin

Related Posts